20:31 05.11.2015 830

Nazim Süleymanov: "Bu bizə problem yaradacaq"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov affa.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

 

- Avropa çempionatının seçmə mərhələsinə hazırlıq necə gedir?

- Noyabrın 2-dən təlim-məşq toplanışındayıq. “İnter”dən İlkin Sadıqov, “Neftçi”dən isə Kamran Nəcəfzadə zədəli olduğuna görə komandaya qoşulmayıblar. Hazırlığımız plana uyğun şəkildə - gündə 2 məşq olmaqla davam edir. Komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşıb. Hazırlıq üçün hər cür şərait yaradılıb. “Dərslər”imiz pis getmir, qalır “imtahan”dan üzüağ çıxmaq.

 

- Futbolçuların ümumi hazırlıq səviyyəsi necədir?

- Pis deyil. Çünki oktyabrın 5-dən 19-na qədər Sloveniyada təlim-məşq toplanışı keçirmişik. Bakıya döndükdən sonra onlar son 11 gün ərzində klublarında olub, əvəzedici komandaların heyətində oyunlar keçiriblər. Hazırda iki futbolçumuzun səhhətində problem var, qrip yoluxublar.

 

- Vacib oyunlar ərəfəsində sizi daha çox hansı problemlər narahat edir?

- Bu yaş qrupundan ibarət komandalara çoxsaylı beynəlxalq oyunlar keçirmək vacibdir. Biz bu futbolçuları öz yaşıdlarından ibarət yığma komandalarla oyunlarda yoxlamalıyıq. Yaxşı olar ki, daha güclü rəqiblərlə - hansısa ölkənin U-21 yığması ilə qarşılaşsınlar. Çünki problemlər, çatışmazlıqlar güclülərlə oyunda görünür. Sloveniyadakı təlim-məşq toplanışı zamanı planlaşdırdığımız oyunlardan biri əlverişsiz hava şəraiti üzündən baş tutmadı. Amma 3 oyunda gücümüzü sınadıq. 1:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada daha yaxşı təsir bağışladıq və çox məqamları gördük. Digər 2 oyunda qələbə qazandıq. Ancaq qalib gəldiyin oyunda çatışmazlıqları o qədər də dəqiq görə bilmirsən.

  

- Bu komanda ilə ilk toplanışınızı bu ilin mayında keçirdiniz. O vaxtdan bu günə qədər hansı dəyişiklər diqqət çəkir?

- İlk tanışlığımız mayın sonu – iyunun əvvəlində baş tutdu. Həmin ərəfədə çempionat yekunlaşmışdı. İyulda isə futbolçuların əksəriyyəti məzuniyyətdən gəlmişdilər, hazır deyildilər, çatışmazlıqlar çox idi. Daha sonra Malta ilə iki oyun keçirdik, Gürcüstanda və Sloveniyada təlim-məşq toplanışlarında olduq. Bu sonuncu hazırlıq dövrümüzdür və bəhrəsini görməliyik.

 

- Elnur Cəfərov sabah komandadan ayrılıb Lənkərana gedəcək və noyabrın 8-də Topaz Premyer Liqasının “Xəzər Lənkəran” – “Qarabağ” oyununda iştirak edəcək. Bu, gənc futbolçuya noyabrın 10-da Ukrayna ilə keçiriləcək oyuna hazırlaşmaqda çətinlik yaratmayacaq ki?

- Əlbəttə, problem yaradacaq. Millinin məşqçisi kimi Elnurun yığmaya kömək etməsini istərdim. “Xəzər Lənkəran”  “Qarabağ”ı Lənkəranda qəbul edəcək. FIFA-nın transfer qadağası üzündən “Xəzər Lənkəran” heyətini gücləndirə bilməyib. Buna görə də bu komandanın heyətində kifayət qədər futbolçu yoxdur. Komandanın baş məşqçisi Yunis Hüseynovla söhbətimiz zamanı da onu anlayışla qarşılamağımı istədi. Çünki 14-15 futbolçusu var, onlardan da ikisi-Adrian Skarlatake və Orxan Əliyev cərrahiyyə əməliyyatı olunacaq. Yunis müəllim xahiş etdi ki, Elnur “Xəzər Lənkəran”a kömək etsin. Oyundan dərhal sonra futbolçunu U-19-un düşərgəsinə çatdıracaqlarına söz verdi. Əlbəttə, vəziyyəti başa düşürəm, amma U-19-un il ərzində gördüyü işlərin nəticəsi bu 3 oyunda ortaya çıxacaq. Çempionat isə il ərzində davam edir. İndi qalır Elnurla bərpa prosesini necə keçəcəyimizə. Təki millinin düşərgəsinə zədəsiz qayıtsın.

 

- Rəqiblərin oyunlarını izləmisinizmi?

- Müəyyən məlumatlar əldə etmişik. AFFA tərəfindən Ukrayna – Polşa, eləcə də Türkiyə – İtaliya oyunlarının videoyazısı mənə təqdim edilib. Bosniya və Herseqovina yığmasının oyununu isə Makedoniyada stadiondan izlədim. Hər 3  rəqibimiz güclüdür. Bununla bizim futbolçuların onlardan zəif olduğunu demək istəmirəm, sadəcə, bir qədər diqqətli olmağımız lazımdır. Bunu bacarsaq, mərhələ adlaya bilərik.

 

- AFFA rəhbərliyi komanda ilə görüşüb. Qarşıya hansı məqsəd qoyulub?

- Bir məqsədimiz var - mərhələ adlamaq. Hər bir futbolçu bunu dərk etməli, verdiyimiz tapşırıqları meydanda icra etməlidir. Yeri gəlmişkən, azarkeşlərə, millini sevənlərə səslənmək istəyirəm ki, oyunlarımıza mütləq gəlsinlər. Niyə yığmamızı dəstəkləməyək?! Gəlsinlər, dəstəkləsinlər, biz də çalışacağıq ki, onları sevindirək.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X