"Qalib gələ bilsəydik, qrup lideri ola bilərdik. 'Qarabağ' üçün möhtəşəm fürsət idi. Ancaq futbol həyat kimidir. Hər zaman hər kəsə layiq olduğu qismət olmur. Bu gün 'Qarabağ' qələbəyə layiq idi. Komandamız möhtəşəm bir oyun göstərdi”. Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın prezidenti Tahir Gözəl Avroliqanın "Monako”ya qarşı oyunundan (1:1) sonra jurnalistlərə deyib.
O qeyd edib ki, "Monako' çox köklu bir klubdu: "Onlar 'Çelsi', 'Real” kimi komandaları məğlub edib. Mən klubumla fəxr edirəm. Amma istədiyimiz nəticə bu deyildi. Bizim qrupdakı taleyimiz həm də qrupun digər komandaları arasındaki oyundan asılıdı. Bizim hələ də şansımız var. Çox çətin bir qrupda mübarizə aparırıq. Bu gün 'Qarabağ'ın Avropa klubu olduğunun bir daha şahidi olduq. Buraxıdığımız qol sadəcə şanssızlıq idi. Bu gün çox inamlı oyun oynadıq və üç xalı əldən verdik. Bu gün bizim günümüz olmalı idi. 'Monako' kimi bir klubla heç-heçə etməyin özü də böyük bir nəticədi”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol