Tərlan Əhmədov "Kəpəz"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:
“Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. "Kəpəz" ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol