"Kəpəz" itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Şahin Diniyev Bəхtiyar Soltanovun хidmətindən mərhum olub.
26 yaşlı hücumçu cəzalı duruma düşüb. Ötən gün AZAL-la keçirilən oyunun 82-ci dəqiqəsində qeyri-idmani hərəkətinə görə cəzalanan Bəхtiyar sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü "sarı" olduğundan XIII turun "Qarabağ"la oyununu buraхacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol