Yunis Hüseynov "Qarabağ"la oyunla (0:1) bağlı fikirlərini bidirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi bunları deyib:
"Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. “Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım. Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdu. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odu ki, bir oyun yaxşı oynayan kimi başını qaldırmasınlar".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol