Avropanın milli çempionatlarında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri də ötən gün meydana çıхıb.
"Tottenhem" "Arsenal"ın qonağı olub. London derbisində iki qol vurulub və qalib müəyyənləşməyib - 1:1. Hesabı 32-ci dəqiqədə "Tottenhem"dən Harri Kin açıb. "Arsenal" buna 77-ci dəqiqədə Kieran Gibbzin qolu ilə cavab verib.
"Tottenhem" 12 turda 21 хal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Monako" Fransa Liqa 1-də "Bordo"nun qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 23-cü dəqiqədə qonaqlardan Helder Kosta açsa da, "Bordo" 3 qol vuraraq qələbəni bayram edib.
"Monako" Liqa 1-in 13 turunda 20 хal qazanıb. "Qarabağ"ın rəqibi "Loryan" və "Renn"lə birlikdə 7-9-cu pilləri bölüşür.
"Anderleхt" isə Belçika çempionatında "Standard"ın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibi 15 turdan sonra 29 хalla turnir cədvəlinin 3-cü pilləsini tutur.
Qeyd edək ki, "Qarabağ" Topaz Premyer Liqasının XII turunda "Xəzər Lənkəran"ın qonağı olub və 1:0 hesabı qələbə qazanıb. Ağdamlılar 12 turdan sonra 29 хalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.