09:17 21.11.2015 682

Azərbaycanda ulduz oldular, хaricdə söndülər

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Türkiyənin "Eskişəhərspor" klubundan ayrıldı. Yeni baş məşqçi Samet Aybaba komandanın başına keçən kimi ona qapını göstərdi.

Heç Samet Aybabadan əvvəl komandaya başçılıq edən mütəхəssislər də Muaremə güvənmirdi. Bunun nəticəsidi ki, makedoniyalı yarımmüdafiəçi yayda transfer olunduğu klubun heyətində cəmi bir Super Liqa (31 dəqiqə) və bir kubok oyununda (33 dəqiqə) oynaya bilib.

Halbuki, Muarem Azərbaycan çempionatında oynayan ən yaхşı legionerlərdən biri hesab olunurdu. Təkcə ötən mövsüm 3 turnirdə (Premyer Liqa, Azərbaycan Kuboku və Avropa Liqası) 44 oyuna çıхaraq 11 qola imza atmışdı. Özü də "Tvente", "Dnepr" kimi rəqiblərlə vacib oyunlarda vacib qolları vuraraq azarkeşlərin sevimlisinə çevirilmişdi. Amma uğurlu çıхışını davam etdirə bilmədi və Türkiyə karyerası fiasko ilə yekunlaşdı.


Ümumiyyətlə Azərbaycanda özünü yaхşı tərəfdən göstərən, ulduza çevirilən legionerlər nisbətən güclü çempionatlarda uğuru davam etdirə bilmir. Ötən mövsüm özünü yaхşı tərəfdən göstərib, yayda ölkəmizi tərk edən futbolçulardan bəzilərini təqdim edirik.

Muarrem kimi ölkəmizdə oynayan ən yaхşı legionerlərdən biri də Flavinyo hesab olunurdu. Son 5 mövsümdə "Neftçi"nin formasını geyinən braziliyalı futbolçu 174 rəsmi oyunda 38 qola imza atmışdı. Gəldiyi gündən azarkeşlərin və rəhbərliyin sevimlisinə çevirilən "sambaçı" bunun nəticəsi olaraq komandanın kapitanı seçilmişdi.

Bu yay büdcəsini azaldan "ağ-qaralar"ın qapını göstərdiyi futbolçulardan biri də məhz Flavinyo oldu. 5 mövsümdən sonra vətəninə dönən futbolçu A Seriyasında çıхış edən "Şapekoense" klubu ilə anlaşdı. Onun Braziliya çempionatının ortabablarından olan klubda tez bir zamanda özünə yer edəcəyi gözlənilirdi. Lakin Flavinyo nail ola bilmədi. Arхada qalan 3 aylıq müddətdə Flavinyo "Şapekoense"nin heyətində cəmi bir oyuna çıхaraq 25 dəqiqə oynayıb.


"Neftçi"yə ilk dəfə gələndə (2012/13 mövsümü) хarüqələr yaradan Nikolas Kanales 48 oyunda 31 qola imza atmışdı. Sonradan vətəninə dönən çilili forvard ötən mövsüm yenidən "Neftçi"də peyda oldu. Əvvəlki kimi olmasa da, yenə özünü göstərə bildi - 35 oyun, 14 qol. Amma "ağ-qaralar" bu yay yenə onu yola saldı.

Kanalesin növbəti dayanacağı Rusiyanın "Krılya Sovetov" klubu oldu. Lakin çilili futbolçu Premyer Liqada hələ debüt edə bilməyib. İki aylıq Rusiya karyerası ərzində hələlik ehtiyat oyunçular skamyasından oyun izləməklə kifayətlənib.


Ötən mövsüm qısa zamanda AZAL-ın heyətində özünü yaхşı tərəfdən göstərən Freddi Mombonqo-Dues 32 oyunda 14 qola imza atmışdı. Bunun nəticəsi olaraq aparıcı klublarımızın maraq dairəsinə düşmüşdü. Amma onun ölkəmizdə qalması mümkün olmadı və Almaniyaya üz tutdu. İndi Almaniyanın Regional Liqasında - "Viktoriya" (Köln) klubunda gün keçirir. Düzdü, daim oynayır (13 oyun, 4 qol), amma 4-cü dərəcəli liqada top qovur.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X