"Kəpəz" daha bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Şahin Diniyev Budaq Nəsirovun хidmətindən məhrum olub.
19 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 8-ci dəqiqəsində perspektivli hücumun qarşısını kəsdiyinə görə cəzalanan Nəsirov sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə aldığı 4-cü "sarı" olduğundan XIV turun "İnter"lə oyununu kənardan izləyəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol