
Avropa Liqasının qrup mərhələsinin beşinci turunda "Qarabağ"ın qonağı olacaq "Tottenhem" noyabrın 25-i Bakıya gəlir.
Ağdam klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, İngiltərə təmsilçisi Heydər Əliyev beynəlxalq hava limanından məşq üçün birbaşa oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna gedəcək.
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" qarşılaşması noyabrın 26-ı saat 22:00-da başlayacaq.
Fanat.az