
Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının hakimləri müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, Bakıda keçiriləcək oyun yunanıstanlı hakimlər briqadasına tapşırılıb.
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da başlayacaq.
Baş hakim: Anastasios Sdiropoulos
Köməkçi hakimlər: Damians Eftumiadis, Poluçronis Kostaras
Əlavə köməkçi hakimlər: Mixael Koukoulakis, Stavros Tritsonis
Dördüncü hakim: Lazaros Dimitriadis
Fanat.az