
"Yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Rəqib indi yaхşı formadadı. Hər iki komanda üçün vacib oyun olacaq. Səhvsiz oynamalıyıq". Fanat.az хəbər verir ki, bu sözləri sabah "Tottenhem"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün mətbuat konfransı keçirən çalışdırıcı sabahkı matçla bağlı fikirlərini bildirib: "Hər bir futbolçu hansı məsuliyyəti daşıdığını bilir. Tələbkarlıq çox yüksək səviyyədədi. Rəqibin hansı heyətlə oynayacağını bilmirik. Onların elə futbolçuları var ki, əsas heyətə düşmək üçün şans gözləyir, özünü yaxşı tərəfdən göstərmək istəyir. Deməli, bizə daha çətin olacaq".
"Tottenhem" 7 futbolçusunu Bakıya gətirməyib. Bu "Qarabağ"ın хeyirinə olacaqmı? Qurbanov bu suala belə cavab verib: "Açığı, kimlərlə gəldiklərini bilmirəm. Amma onlarda eyni gücdə oyunçu çoxdu. Rəqibin 7 üzvünün gəlməməyi ciddi problem deyil. Çünki “Tottenhem” böyük klubdu. Bütün oyunçular əllərinə düşən şansdan istifadə etməyə çalışır. Daha istəkli və yorğun olmayan oyunçular çıxacaq. Bu da bizə daha ciddi problem yarada bilər".
Qurbanov heyətdə dəyişikliklərin ola biləcəyini bildirib: "Heyətdə hansısa dəyişiklik ola bilər. Amma avrokubok matçlarında ciddi dəyişikliklər etmirik. Rəşad Sadıqovun durumuna sabah aydınlıq gələcək".
Fanat.az