
"Qarabağ” çox yaxşı komandadı. Onlara qarşı oynamaq heç də asan deyil. Rəqib topu çox yaxşı saxlayır və yaxşı hücum təşkil edirlər. Sabahkı oyunda görəcəyik ki, “Qarabağ” “Anderlext”dən zəif komanda deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino deyib.
Sabah "Qarabağ"ın qonağı olacaq London klubunun baş məşqçisi bu gün Bakıda mətbuat konfransı keçirib. Maurisio Poçettino əsas heyətin bəzi futbolçularını Bakıya gətirməməsinin səbəbindən danışıb: "Bir neçə əsas oyunçumuzu Bakıya gətirməməyimizə baxmayaraq, sabah heç-heçə üçün oynamayacağıq. Bu qarşılaşmaya çox ciddi yanaşırıq və buraya qələbə üçün gəldiyimizi gizlətmirik. Sabah çətin oyun olacaq, ancaq Premyer Liqa da bizim üçün çox vacibdi. Elə buna görə də “Çelsi” ilə oyunöncəsi bir neçə əsas oyunçuya istirahət verdim. Bu o demək deyil ki, “Qarabağ”la oyun bizim üçün vacib deyil. Bizim öz oyun üslubumuz var və ifaçıların kimliyindən asılı olmayaraq çıxış etdiyimiz bütün turnirlərdə öz taktikamıza sadiq qalırıq".
Fanat.az