UEFA "Maliyyə Fair-Playı" hesabatını açıqlayı. Fanat.az хəbər verir ki, heyətinin dəyərinə görə ən bahalı komandaların sıralamasında gözlənilməz nəticələr var.
Belə ki, dünyanın ən güclü komandalarından biri olan "Barselona" ilk "5-lik"dən kənarda qalıb. Kataloniya klubu hətta "İnter"dən belə geriy düşüb.
Siyahıda "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Tottenhem" də yer alıb. London klubu 2550 milyon avro dəyrlə 12-ci pilləni tutur.
"20-lik"də İngiltərə və İtaliyanın 6 komandası yer alıb. Dünyanın ən güclü çempionatlarından biri olan La Liqanın, həmçinin Fransa və Almaniya çempionatlarından cəmi 2 təmsilçisi ən dəyərlilər siyahısına düşüb. Rusiya və Portuqaliyanın isə bir təmsilçisi "20-lik"də yer alıb.
1. Real (İspaniya) - 629 milyon avro
2. Mançester Siti (İngiltərə) - 526 milyon avro
3. Çelsi (İngiltərə) - 498 milyon avro
4. Mançester Yunayted (İngiltərə) - 495 milyon avro
5. PSJ (Fransa) - 440 milyon avro
6. İnter (İtaliya) - 329 milyon avro
7. Barselona (İspaniya) - 327 milyon avro
8. Yuventus (İtaliya) - 300-milyon avro
9. Arsenal (İngiltərə) - 297 milyon avro
10. Liverpul (İngiltərə) - 286-milyon avro
11. Bavariya (Almaniya)- 262 milyon avro
12. Tottenhem (İngiltərə) - 250 milyon avro
13. Zenit (Rusiya) - 239 milyon avro
14. Napoli (İtaliya) - 205 milyon avro
15. Monako (Fransa) - 202 milyon avro
16. Milan (İtaliya) - 189 milyon avro
17. Benfika (Portuqaliya) - 175 milyon avro
18. Fiorentina (İtaliya) - 156 milyon avro
19. Roma (İtaliya) - 131 milyon avro
20. Volfsburq (Almaniya) - 123-milyon avro
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol