
Topaz Premyer Liqasının XXII turunda "İnter" yeni transferi Kamran Ağayevin xidmətindən istifadə edə biləcək. Fanat.az xəbər verir ki, millimizin qapıçısının ötən mövsümdən qalan 3 oyunluq cəzası başa çatıb.
2014/15 mövsümündə "İnter"lə Qəbələdə keçirilən oyunda rəqibi Mikel Alvaronu vuran Ağayevə görə "qırmızı-qaralar" 3 min manat məbləğində cərimə də olunmuşdu. Ancaq sonradan əyalət təmsilçisi Ağayevin xidmətinə ehtiyac duymadığı üçün, cərimə Peşəkar Futbol Liqasında ödənilməm olaraq qalmışdı.
Sport7.az-ın məlumatına görə, Kamranı transfer edən "İnter" məcburən ona kəsilən cəriməni ödəməli olub. Artıq bu pul PFL-in hesabına köçürülüb.
Qeyd edək ki, "bankirlər" qarşıdakı turda "Kəpəz"i qəbul edəcək.

Fanat.az