17:32 22.03.2016 929

AFFA 4 nəfəri 1 illik futboldan qovdu - ŞOK QƏRARLAR

AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üszvləri Premyer Liqa və əvəzedicilərin çempionatında XXVI, I divizionda XVIII turun oyunları zamanı baş verən olaylara hüquqi qiymət verib: 


* Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” - “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.


* Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Neftçi” - “Kəpəz” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

- Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.


* I Divizionun XVIII turunun “Göyəzən” - “Qaradağ Lökbatan” matçının 60-cı dəqiqəsində “Göyəzən” klubunun 6 №-li futbolçusu Vüsal İbrahimovikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


* I Divizionun XVIII turunun “Bakı” - “Zaqatala” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.       


* I Divizionun XVIII turunun “Neftçala” - “Turan Tovuz” matçının 89-cu dəqiqəsində "Neftçala" klubunun əvəz olunmuş 10 №-li futbolçu Aqşin Həşimov meydana daxil olaraq “Turan Tovuz” klubunun 20  №-li futbolçu Səbayıl Bağırova hücum çəkmiş, ona zərbələr endirmiş və hər iki klubunun futboloçuları arasında dava-dalaşa səbəb olmuşdur. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;


- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur.


* "Neftçala" klubunun 10 №-li futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur.


- Baş vermiş davada aktiv iştirak etdiyinə görə "Turan Tovuz" klubunun 4 №-li futbolçu Afin Bağırov və "Neftçala" klubunun 99 №-li futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunur.


* I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verir və rəqib qol vurur. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirir, hakim isə öz növbəsində 11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edir. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilmir və "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinir (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkmiş və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olmuşdur. Matç sona kimi oynanılmışdır. İntizam Komitəsi oyunun videoyazısını izləmiş və aşağıdakı qərarları qəbul etmişdir;


- "Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur.


- Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun 4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


- Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun  8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir.


- "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur.


- "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır)  baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur.


- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur.


- PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.


- Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.


* I Divizionun XVIII turunun “Mil-Muğan” - “Şəmkir” matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun  9 №-li futbolçusu Elxan  Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq "Şəmkir" klubunun 10 №-li futbolçusu Qeyrət Qənbərova hücum çəkmiş, ona xəsarət yetirmiş, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olmuşdur. Baş vermiş insident qısa zamanda aradan qaldırılmışdır.


İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edir;


- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur.


- Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


- "Mil-Muğan" klubunun 9 №-li futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur.


- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur.


- PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan  dövlət qrumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.


* I Divizionun “Bakılı” - “Şərurspor” matçının 82-ci dəqiqəsində “Bakılı” klubunun 12 №-li futbolçusu Qafar Əliyevrəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.


- Oyunun 86-cı dəqiqəsində “Bakılı” klubunun 7 №-li futbolçusu Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X