Azərbaycanın iki ən köklü klubu - "Kəpəz"lə "Turan" cari mövsümdə I divizionda çıxış edəcək. Fanat.az xəbər verir ki, bu komandalar arasında Qərb derbisi adı almış oyunların vaxtı müəyyənləşib.
"Kəpəz"lə bundan sonra "Turan-T" adlanacaq komanda arasında ilk matç IV tura təsaduf edəcək. Gəncə və Tovuz təmsilçilərinin qarşılaşması oktyabrın 5-də baş tutacaq.
Cavab qarşılaşması isə XXVI turda olacaq. Həmin görüş 2014-cü ilin 19 aprelinə təsadüf edəcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol