17:47 27.04.2016 680

"Uğurlu nəticədən sonra qorxu daha da çoxalır" - Qurban Qurbanov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"in qonağı olan "Qarabağ" rəqibini 4:0 hesabı ilə darmadağın edib. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlılar baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.

"4:0 hesabı ilə qalib gəlsək də, oyundan razı qalmadım. Süni örtüklü meydançada top itkilərinə yol verdik. Bunu aradan qaldırsaq, daha da yaxşı olacaq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. "İnter"ə də uğurlar arzu edirəm". 

- Klub prezidenti Tahir Gözəl də qələbəyə şad olduğunu desə də, oyunda çox da razı qalmadığı bildirdi.  Klub başqanı müsahibəsində təlim-məşq toplanışının müddətini artıra biləcəklərini dedi...
- Təlim-məşq toplanışının müddətini artırmaq barədə hələ planlaşdırmamışıq. Bizim özümüz də xarici ölkədə çox olmaq istəyirik. Futbolçuların durumuna baxmaq lazımdı. Hər gün əlavə xərc deməkdi. Klub rəhbərliyi də bizə dəstək olur. 

- Premyer Liqanın növbəti turunda "Zirə"ni məğlub etsəz, çempionluğu rəsmiləşdirəcəksiz. Bu qələbə komandaya oyunöncəsi əlavə motivasiya verə bilərmi?
- Burda iki variant var. Yaxşı qələbədən sonra futbolçularda bəzən motivasiya yüksək, bəzən də aşağı olur. Fərqli turnir olduğu üçün narahat deyiləm. Motivasiya baxımından problem olmayacaq.

- Muaremin zədəsi nə yerdədi?
- Bu barədə fikir bildirə bilməyəcəyik. Onun durumuna sabah aydınlıq gələcək.

- Finalda hansı komanda ilə üz-üzə gəlmək istəyirsiz - "Qəbələ", yoxsa "Neftçi"?
- Biz heç vaxt kimisə istəmirik. Bizim qarşıda hələ cavab oyunumuz var. 

- Migeli transfer etməmişdən öncə onun belə yaxşı oyun sərgiləyəcəyini gözləyirdinizmi?
- Migeli bəyənib götürmüşdük. Böyük təcrübəyə malik oyunçudu. Xeyli sayda La Liqada matça çıxıb. Topla davranmağı daha çox xoşlayırlar. Ümidlərimizi doğruldur. 

- Cari mövsümdə Premyer Liqadakı rəqabətsizlik komandanın avrokuboklardakı çıxışına mənfi təsir göstərə bilər. Bu, sizi qorxutmur?
- Ümumiyyətlə, hər zaman qorxu var. Uğurlu nəticə əldə etdikdən sonra qorxu daha da çoxalır. Çünki səndən daha artıq uğur gözləyirlər. Düşünürəm ki, futbolçuların təcrübələri var. Biz təlim-məşq toplanışında daha çox Avroliqada çıxış edən komandalara qarşı oynayırıq. Bu gün bunların adlarını bilmirik. Çalışırıq ki, həmin fürsətdən istifadə edək. Digər tərəfdən 4-5 milli komandamızın oyunçuları var. Bu da əlavə köməkdi. Problem ola bilər. Çalışacağıq ki, bunu hiss etdirməyək. 

- Məqsədə çatandan sonra, komandaya istirahəti hansı şəkildə verməyi düşünürsüz?
- Yorğunluq çoxalırsa, deməli, istirahətə də ehtiyac var. Məşq üçün zamanımız da olmur. Biz Avroliqanın qrupunda mübarizə aparanda da bəzi oyunçuları çox yükləmirdik. Görsəm ki, hansısa oyunçu çox yüklənib, istirahət olacaq. Ancaq çalışacam ki, əsas heyətlə oynayaq. 

Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X