
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, mərhələnin ilk oyunu Münhendə baş tutacaq.
Belə ki, "Bavariya" doğma meydanda "Atletiko"nu sınağa çəkəcək. Bakı vaxtı ilə saat 22.45-də başlayacaq matçı türk FIFA referisi Cüneyt Çakır idarə edəcək. Komandalar arasındakı ilk oyunda "Atletiko" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yarımfinalın ikinci oyunu sabah "Real"la "Mançester Siti" arasında baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunu
3 may
22.45 Bavariya (Almaniya) - Atletiko (İspaniya)
Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarık Ongün, Serkan Ok (Türkiyə).
Əlavə köməkçi hakimlər: Hüseyn Göçək, Barış Şimşək (Türkiyə).
Münhen. "Allianz Arena".
Fanat.az