17:53 24.05.2016 944

"4-5 il günahkar axtarırlar, axırda məni seçirlər" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Fanat.az baş məşqçinin fikirlərini təqdim edir.

"Mövsümün bizim üçün uğurlu keçdiyini deyə bilərik. Buna baxmayaraq, hər kəs final matçının məsuliyyətini dərk etməlidi. Sabah istəkli komadaya qarşı oynayacağıq. "Neftçi” son vaxtlar yaxşı çıxış edir. Bu, ən ağır oyun olacaq. Ən azı bilirəm ki, sabahkı oyun hamı üçün çox maraqlı olacaq. Hər iki komanda kuboku götürmək istəyir. Ancaq bu, bir komandaya nəsib olur. Qismətimizdə olsa, qazanacağıq. Sabah müdafiəçilərimiz üçün də ağır oyun ola bilər. Onların heyətində Araz, Elşən, Rəhman, Anete, Ruslan kimi sürətli, topla davranmağı bacaran oyunçulardı. Bu üzdən müdafiədəki çıxışımız çox vacibdi. Belə rəqibə qarşı oynamaq bizim üçün xoşdu. Hər iki komandanın azarkeşi çoxdu. Sabah əsl futbol ab-havası olacaq”.

- Final matçına çempion kimi çıxmaq rahatdı, yoxsa mövsümü 6-cı pillədə başa vuraraq?
- Məncə, elə bir fərqi yoxdu. Mən özüm də aşağı pillələrdə olmuşam və finalda iştirak etmişəm. Bunlar fərqli turnirlərdi. Biri uzun marafon, digəri kiçik turnir. Burda həddən artıq ehtiyatlı oynamalı, psxoloji cəhətdən hazır olmalıyıq. Avrokuboklarda da maraqlı finallar gördük. Əgər rəqib finala çıxıbsa, onlara hörmətlə yanaşmalıyıq.

- Çempionatın hansı matçını sırf bu görüşə hazırlıq xarakterli saymaq olar?
- Bir ayy əvvəl komandanın hazırlıq prosesi başqa cür idi, psixoloji hazırlığı başqa. "Neftçi” də o komanda deyil. Oynadıqca futbolçuların təcrübəsi artır. Onlar bu mərhələni keçiblər. Kubokda rəqib bizdən daha təcrübəlidi. Həm də onlar bizdən daha çox iş görüb finala çıxıblar. "Qəbələ” ilə matç yada salmaq kifayətdi. Onlar psixoloji cəhətdən daha hazırlıqlıdılar. Mənim üçün əsas öz komandamın hazırlığıdı.

- Rəqibin sabah müdafiədən oynaması sizin rahat olar, yoxsa hücumdan?
- Hər ikisi bizim üçün çətin olar. İstənilən halda ağır olacaq. Buna da hazırlaşırıq. Hər bir komandaya qalib gəlmək üçün onu öz qapından uzaqlaşdırmalısan. 

- Hazırkı oyun sisteminizi sizin üçün üstnlük saymaq olar?
- Bu sistem komandanın oyununun nəticələrini yaxşılaşdırır. Hər şeyə oyundan əvvəl aydınlıq gələcək. Bəzən 4 hücumçu meydanda görə bilərsən və komanda çıxıb müdafiə futbolu oynaya bilər. Bizim sistem "Neftçi”yə tanışdı. Tanış sistemə qarşı oynamaq futbolçular üçün rahat olur. Oyunçularımızın meydanda düşünmələri çox vacibdi.

- Samuel Armenteros "Qarabağ”ı tərk etdiyini açıqlayıb. 
- Ondan soruşsaz ki, baş məşqçi səndən getmək barədə nəsə deyibmi, deyəcək ki, yox. Mən də saytdan oxudum. Bəzən futbolçu tez qərar verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona "get” sözünü deməmişəm.

- "Neftçi” futbolçuları kuboka ciddi hazırlaşdıqlarını deyiblər. Onlardakı bu motivasiya sizi narahat etmir?
- Biz rəqibə, onun fikrinə hörmətlə yanaşmışıq. Bizim futbolçuları həvəsləndirməyə, motivasiya etməyə hansısa fikirə ehtyac  yoxdu. Gənc vaxtlarımızda ola bilsin bu metoddan çox istifadə etmişik. Amma belə düşüncələr oyunumuza mane olur, futbolçu aqressivləşir. Bu da onun oyununa mənfi təsir edir. İstəyimiz düşündüklərimizi meydanda göstərməkdi. 

- Sizcə, sabahkı oyuna nə qədər azarkeş toplaşar?
- Məncə, sabah bunu PFL açıqlayacaq. Hər iki komandanın kifayət qədər azarkeşi var. Mənə elə gəlir ki, "Neftçi” azarkeşləri içində "Qarabağ”sevərlər də çoxdu. "Qarabağ” azarkeşləri içində də "Neftçi”sevərlər çoxdu. Bu azarkeşlər avrokuboklarda bunu göstərirlər. Sabah kimin nə qədər azarkeş olması şərt deyil. Əsas çox tamaşaçı gəlməsidi. İstərdik, tribunalar tam dolsun, amma buna inanmıram.

- Əlavə vaxtlar və penaltilər seriyası barədə düşünürsüzmü?
- Favorit göstərilməyimiz bizə mane ola bilər. "Neftçi” ilə bir neçə matçda bunun şahidi olmuşuq. Bu komandaya qarşı xal itirmək ehtimalımız çox olub və itirmişik də. Məncə, heç bir komanda oyunun əlavə vaxta getməsini istəmir. Bizim də istəyimiz 90 dəqiqəni layiqli başa vurmaqdı.

- Mövsümün son oyunlarında komandanı kökləmək çətin olur. Siz oyunçularla xüsusi söhbət etmisizmi?
- Hələ ki, mən futbolçularda bunu hiss etmirəm. Bəlkə sabah oyundan öncə hiss etdim. Düşünürəm ki, futbolçularımız peşəkarlaşıblar. Onlar hər şeyi dərk edirlər. Amma ehtiyac olarsa, təbii ki, söhbət edərik.

- "Neftçi”də Erik Ramos təxribata meyilli, Anete isə simulyant oyunçudu. Bu sizi düşündürür?
- Bu məni narahat etmir. Futbolçular hər şeyi gözəl bilirlər, bu barədə danışılıb. Bu barədə fikir bildirsək, hakimlərin işinə qarışmış olarıq. Bunlar futbolun bicliklərinin bir hissəsidi. Bunların şahidi olmuşuq. O bunu bacarırsa, deməli, günah bizimkilərdədi ki, hazırlıqlı olmayıblar.

- Çempionatda "Rəvan”a məğlubiyyətdən sonra müxtəlif söz-söhbətlər yarandı...
- Sadəcə, 1-2 nəfər bunu böyütdü. Təəssüf ki, bu komandaya, mənə şübhə ilə yanaşanlar var. Bizim öz proqramımız var. Çalışırıq fikir verməyək. Bu, yaxşı detektiv filmə oxşadı. 4-5 il günahkar axtarırlar, axırda Qurbanı seçirlər. Bu gün bəzi fikirlərə önəm versək, gərək heç burda işləməyək. Burda əsas iş hakimlərdə və siz yazarlarda olur. Hakimlər kiminsə haqqına girməməyə çalışmalı, yazarlar da öz məqalələri ilə buna qarşı olmalıdılar.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X