16:27 07.09.2016 750

AFFA-nın limit oyunu: Hamı günahı bir-birinin üstünə atır

Bir neçə gün öncə, konkretləşdirsək avqustun 29-da yığışan AFFA-nın İcraiyyə Komitəsi bir sıra qərarlar qəbul etdi. Tələblərdən biri də aşağı dəstədə yaş limitinin müəyyənləşdirilməsi ilə bağlı idi ki, qurum bu işi PFL və Məşqçilər Komitəsinə həvalə etmişdi. Bu yaxınlarda, dəqiqləşdirsək sentyabrın 6-da isə məsələ ilə bağlı qərar qəbul olunmuşdu. 

Yəni, birinci divizionda yaş limiti 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994 təvəllüdlü, o cümlədən daha az yaşlı futbolçu) kimi müəyyənləşdirilmişdi ki, çempionatın startından etibarən tətbiq olunmalı idi. Ancaq bu gün AFFA-nın rəsmi saytında yer alan xəbərdən sonra qurumun nə qədər "ciddi” və "peşəkar”  çalışdığını bir daha anladıq.

Məsələ burasındadı ki, sentyabrın 6-da və birinci divizionun startından tətbiqi gözlənilən bu qərar 2017-ci ilin yanvarında qüvvəyə minəcək. AFFA PFL-in müraciətindən sonra belə qərara gəlib.

Limitlə bağlı qərarın yanvarda tətbiq olunacağı müəyyənləşəndən sonra ortaya bəzi suallar çıxır.
- Məgər Məşqçilər Komitəsinin çempionatın başlayacağı tarixdən xəbəri yox idi ki, az müddət qalmış bu cür qərar çıxardı?
- İkincisi, bu bir gün ərzində nələr dəyişdi ki, limitin tətbiq olunması yanvar ayına saxlanıldı?
- Üçüncüsü, limitin məhz mövsümün ortasında tətbiq olunması nə dərəcədə düzgündü? Bu, klubların oyun sisteminə təsir etməyəcəkmi?

Sport7.az saytı həm Məşqçilər Komitəsindən (MK), həm PFL-dən, həm də AFFA-dan qaranlıq suallara cavab tapmağa çalışdıq.

MK-nın sədri Vaqif Sadıqov öz üzərlərinə düşəni vaxtında yerinə yetirdiklərini bildirib: "Məşqçilər Komitəsi olaraq tövsiyəmizi çoxdan vermişik. Qərarı biz qəbul etmirik axı. Hansı limit, necə oynamaq lazımdı təklif etmişik, qərar isə rəhbərlik tərəfindən verilir. İndi nəsə dəyişilibsə, bu haqda onlardan soruşa bilərsiz. Vallah, mən də sizin kimi, buna nəyin səbəb olduğunu deyə bilmərəm. Müraciət etmişdilər ki, tövsiyənizi verin, biz də fikirlərimizi söylədik. Ehtiyac yarandığı üçün İcraiyyə Komitəsinin qərarından sonra müzakirələrə qoşulduq və çoxdan məlumat vermişik. Sadəcə mətbuatdan indi oxumuşam ki, qərar yanvarda qüvvəyə minəcək. Sizinlə tamamilə razıyam, amma əvvəlcə məsələnin mahiyyətini bilmək lazımdı ki, nə üçün belə olub”.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqədlər Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə qısaca bunları deyib: "Bilirsiz ki, limitin yanvarda tətbiq olunması haqda qərar PFL-in müraciətindən sonra qəbul olundu. Bu haqda PFL-ə müraciət edin, mən cavab verə bilmərəm”.

Sayt Mikayıl bəyin dediyi kimi edib PFL-ə, daha dəqiq desək, qurumun Mətbuat və İçtimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə üz tutub. Aslan bəy də günahın onlarda olmadığını söyləyib: "Biz onlara müraciət etdik ki, komandaların durumun nəzərə alsınlar. Çünki artıq komandaların heyəti müəyyənləşib, çempionat başlayır. Yəni müraciətimizi AFFA təsdiq edib, səbəbini gedin onlardan soruşun. Mən müraciətimizin səbəbini dedim”.

Əslində, gülməli vəziyyət yaranıb. Qərar çıxarıblar, sonra icrasını dəyişdiriblər. AFFA deyir bütün günahlar PFL-dədi, əks tərəf isə qərar qəbul etdiyi üçün Assosasiyanın yaxasından yapışmağı məsləhət görür. Ortada isə qalan qaranlıq suallardı...

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X