
Topaz Premyer Liqasının IV turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, II turda Samir Zərgərov, III turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İbekoyi 250-ni fəth edib.
“Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib. 2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdü oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub.
250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb. İbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridi. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər - ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.
| mövsüm | klub | oyun | qol |
| 2006/07 | Turan (Tovuz) | 22 | 9 |
| 2007/08 | Qarabağ (Ağdam) | 22 | 5 |
| 2008/09 | Qarabağ (Ağdam) | 3 | 1 |
| 2008/09 | Turan (Tovuz) | 11 | 7 |
| 2009/10 | AZAL (Bakı) | 20 | 3 |
| 2010/11 | AZAL (Bakı) | 29 | 3 |
| 2011/12 | AZAL (Bakı) | 24 | 1 |
| 2012/13 | AZAL (Bakı) | 29 | 8 |
| 2013/14 | AZAL (Bakı) | 31 | 6 |
| 2014/15 | AZAL (Bakı) | 22 | 2 |
| 2015/16 | Zirə (Bakı) | 34 | 2 |
| 2016/17 | Zirə (Bakı) | 3 | 0 |
| Cəmi |
| 250 | 47 |
Fanat.Az