00:01 19.09.2016 796

“Onları əvəzediciyə göndərsəm özüm oynayacağam?”

Premyer Liqanın V turunda səfərdə “İnter”ə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Abdullayev oyunla bağlı bunları deyib:

- İlk növbədə rəqib komandanı təbrik edirəm. Son dəqiqələrdə uduzmaq çox üzücüdü. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Ancaq mən bugünkü oyundan razı qaldım. Səhvlərimizi bilirəm. Gələn oyunlarda bu səhvləri aradan qaldırmağa çalışacağıq. Bu gün heyətdə 14 futbolçu var. Jayronun zədəsi var idi. Onu kiminlə əvəzləməli idim? Ehtiyat oyunçular skamyamız çox qısadı.

- 0:8 hesablı məğlubiyyət daha şok effekti yaratdı, yoxsa son 5 dəqiqədə buraxılan qollarla uduzmaq?
- Əlbəttə bu oyundakı məğlubiyyət daha böyük şok effekti yaratdı. 0:8 hesablı məğlubiyyətdə ilk 15 dəqiqədən sonra bilirsən ki, artıq uduzmusan. Ancaq bugünkü məğlubiyyət daha çox şok effetkti yaratdı. Bu gün oyunçular istəkli idi.

- Rəhbərlik komandanın qarşısına hansı vəzifəni qoyub? Heyətdə çatışmazlıq olduğunu dediz. Niyə əvəzedici heyətdən oyunçu cəlb etmirsiz?
- İlk öncə komandanı bu psixoloji vəziyyətdən çıxarmaqdı. Məncə, bunu bacardıq. Komandanın meydandakı oyunu bunu sübut edir. O ki, qaldı əvəzedicidən kimisə komandaya cəlb etməyə, məncə, bu, hələ ki tezdi.

- Oyunçuların sonadək mübarizə apara bilməməsinin səbəbi nədi? Bunu əvvəlki məşqçilərin futbolçuları çox yükləməsiylə bağlamaq olar?
- Məndən öncə işləmiş həmkarlarımı tənqid etmək istəmirəm. Onlara hər şeyə görə təşəkkür edirəm. Bəlkə də, onların komandadan tələbi başqa idi. Ancaq vəziyyət tək futbolçuların fiziki hazırlığında deyil. Əsas problem odu ki, ehtiyat qüvvə yoxdu. Baxın “İnter”in ehtiyat oyunçular skamyasına. Bizdə heç əsas heyətdə Nizami Hacıyev səviyyəsində oyunçu yoxdu. Qışda öz istədiyim heyəti yığandan sonra buna mən cavabdeh olacam.

- Azad agent olan futbolçuları indi də komandaya cəlb edə bilərsiz? İlk hansı mövqeni gücləndirmək istəyərdiz?
- Bütün mövqeləri. Bir komandada bir mövqeyə ən azı 2 oyunçu olmalıdı. Azad agent olan futbolçu özünə klub tapa bilməyənlərdi. Deməli, fiziki cəhətdn zəifdi ki, özünə klub tapa bilməyib. Başqa ölkədən edə bilərik, Cənubi Amerikadan, Afrikadan. Ancaq onların da hansı səviyyədə olduğunu bilmək olmaz.

- Əsasən, hansı oyunçulara üstünlük verəcəksiz? Legioner yoxsa yerli?
- Mənim üçün fərqi yoxdu. Əsas odu, yaxşı futbolçu olsun.

- Meydanda oyunçuların yerini tez-tez dəyişirdiz. Bu, daha çox Prosineçkinin millidəki gedişlərinə oxşadı.
- Yox, bu, milliylə bağlı deyil. Sadəcə, oyunçuların mövqeyini tez-tez dəyişməyə məcbur olurdum. 86-cı dəqiqədə müdafiəçini dəyişməzlər. Ancaq mən Jayronu dəyişməyə məcbur oldum.

- Katalin Tira bu gün yox idi...
- Onun qızdırması var idi. Buna görə kənarda qaldı.

- Hansısa oyunçunu zəif oyununa görə əvəzedici heyətə göndərmək olar?
- Mən buna düzgün baxmıram. Əvəzedici heyət “dizbat” deyil ki, zəif oynayan futbolçunu ora göndərək. Həm də, onsuz da, heyətimiz kasaddı. Futbolçuları əvəzediciyə göndərsəm, kim oynayacaq? Özüm oynayacam?

- Həm yığmada, həm də “Neftçi”də çalışmaq sizə çətinlik yaratmayacaq?
- Düşünmürəm ki, bu, çətinlik yaratsın. Planla işimizi görəcəyik. Millidə 10 gün işləyib qayıdıram.

- Hər iki qol Məqsəd İsayevin səhvindən vuruldu. Onu buna görə məzəmmət etdiz?
- Yox, əksinə, futbolçulara təşəkkür etdim, dəstək verdim. O, gənc oyunçudu. Onu “sındırmaq” olmaz. Heç bir futbolçu səhv etmək istəməz. Kimsə səhv etməliydi, bu gün Məqsəd səhv etdi.

- Düşünmürsüz ki, bu gün “Neftçi”dəki legionerlər çox zəifdi?
- Yola salmaqla iş getmir. Bu futbolçuların komandayla müqaviləsi var. Onlarda günah görmürəm. Bəlkə də, onlardan düzgün istifadə etməyiblər. Məsələn, Jayronun 8 kq artıq çəkisi var. Bəlkə də, bu çəkinu atdıqdan sonra Azərbaycanda ən yaxşı legioner olacaq. Onları göndərmək komandaya maliyyə cəhətdən ziyan da vura bilər.

- Düşünmürsüz ki, avrokuboklara vəsiqə çox çətin olacaq?
- Nə edə bilərik? Başqa yolumuz yoxdu.

- Sadəcə, bu vəziyyətdə 1 illik müqavilə bağlamağınız maraqlıdı...
- Müqavilə formal bir şeydi. Mən öz gücümə inanıram. Bilirəm nə etmək lazımdı.

- Növbəti turda sizin kimi autsayder olan “Sumqayıt”la oyunda hansı nəticəyə ümid edirsiz?
- Təəssüf edirəm ki, “Neftçi”yə autsayder deyirsiz. Həmin oyunda hücum futbolu sərgiləyəcəyik. Əsas məqsədimiz qələbə olacaq.(qafqazinfo)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

Facebookdan bizi izləməyi unutmayın.
X