09:00 05.10.2016 972

"Hakimlər bu oyunlarda səhv etdilər" - Xaqani Məmmədov

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Fanat.Az saytına müsahibəsi


- Premyer Liqanın ilk dövrəsi başa çatdı. Geridə qalan 7 tura əsasən hakimlərin işini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, idarəçilik normal oldu. 1-2 oyunu çıxmaq şərti ilə. Bəzi matçlarda yekun nəticəyə təsir edən səhvlərə yol verilib və təbii ki, həmin hakimlər cəzalanadırılıb.


- “Bəzi matçlar” deyərkən, konkret hansı oyunları nəzərdə tutursunuz?

- AZAL - “Neftçi” (0:2), “Qəbələ” - “Sumqayıt” (2:0) və “Sumqayıt” - AZAL (1:1).


- Gəlin, elə ilk oyundan başlayaq. Qeyd etdiniz ki, səhv edən hakimlər cəzalandırılıb. Lakin AZAL - “Neftçi” qarşılaşmasında əlavə köməkçi hakim olan Ramil Diniyev meydan sahiblərinin qolunu qeydə almadı, amma növbəti tur  “Neftçi” - “Zirə” duelində fit çaldı. Bu necə olur?

- Həmin oyunda Ramil Diniyevin səhvi yox idi. Yəqin ki, topun qapı xəttini keçib-keçməməsi məsələsini nəzərdə tutursunuz. Biz həmin epizodu səhv kimi nəzərə almadıq. Səhvi baş hakim etdi. Həmin epizodda qayıdan topu AZAL-ın futbolçusu qapıdan keçirən zaman qayda pozuntusu yox idi. Rəhim Həsənov qolu qeydə almalıydı. Səhv etdiyinə görə də cəzalandı. 


- Əgər Diniyevin səhvə yol verdiyini düşünümürsünüzsə, onda qapı arxasındakı əlavə köməkçi hakim nəyə lazımdı? Hər halda, orada dayanan hakimin işi topun qapı xəttini keçib-keçmədiyini görmək və cərimə meydançasında hər hansı qayda pozuntusu olanda referiyə bildirməkdi. Ramil bəy həm qolu qeydə almır, həm də qayda pozuntusu olmadığını görmür...

- Həmin epizodda top qapı xəttini keçməmişdi.


- Ancaq oyunun görüntülərini izləyən zaman topun qapı xəttini keçməsi təəssüratı yaranır.

- Onu heç kim müəyyən edə bilməz. Mən də baxanda deyirəm ki, qoldur. Amma xəttə insan dayanıb. Ən doğru qərarı qapı arxasında dayanan hakim verə bilər. O da qol olaraq qeydə almayıb. Xəttdə kamera olsaydı, konkret bir söz deyə bilərdik.


- “Qəbələ” -  “Sumqayıt” görüşündə Dabonun vurduğu ilk qol mübahisə doğurdu. Matçı canlı yayımlayan “CBC Sport” təqdim etdiyi görüntülərə əsasən dəqiq bir nəticəyə gəlmək olmur. PFL-in kameraları köməyinizə çatdı? “Qəbələ”nin hücumçusu həmin epizod oyundan kənarvəziyyətdədir?

- İnanırsınız, heç həmin görüntülər də müəyyənləşdirməyə kömək etmir. Bax, görürsünüz, biz 50 dəfə baxıb müəyyənləşdirə bilmirik, amma hakim onu bir dəfə görüb, o da 30 metr aralıdan və yandan.


- Yan xətt hakimi üçün çətin epizoddur?

- Orada 6 ayaq iştirak edir: 2 müdafiəçi, 1 hücumçu. Heç cür görə bilmir. Həmin epizodla bağlı bir incəlik var: əgər top vurulduqdan sonra müdafiəçiyə dəyib, “rikoşet”dən sonra Dabonun qabağına düşürsə - oyunda kənar vəziyyətdir. Yox, zərbədən sonra müdafiəçi topu uzaqlaşdırmaq məqsədi ilə  həmlə edirsə və top onun ayağından Daboya gəlirsə - bu, oyundankənar vəziyyət deyil. Belə vəziyyətdə günahı boynumuza götürdük ki, hakim səhv edib. 


- Qeyd etdiyini sonuncu matçda - “Sumqayıt”la AZAL-ın duelindəki səhvlər hansıdı? Meydan sahibləri AZAL-ın qolu oyundankənar vəziyyətdən vurduğunu iddia edirlər və 11-ci dəqiqədə isə Ayaz Mehdiyevə qarşı edilən kobudluğu penalti olaraq qiymətləndirirlər...


- AZAL-ın qol epizoduna dəqiq baxmamışam. Gərək başqa görüntüləri də izləyim. Ancaq digər epizodda haqlıdırlar: orada penalti verilməli idi. Hakimlər səhvə yol verdilər. Xüsusən də, əlavə köməkçi hakim. Çünki referi üçün çətindir, görə bilməz.


- Hakimliklə bağlı özünüzün də etiraf etdiyiniz səhvlər olsa da, hələlik böyük qalmaqallar yaşanmayıb. Bunu nə ilə əlaqələndirirsiniz: çempionatın səviyyəsi çox aşağı düşüb, yoxsa hakimlərimiz “artırıb”?

- Tərif kimi çıxmasın, bu yay əvvəlkilərdən yaxşı işlədik, səmərəli təlim-məşq toplanışımız oldu. İndi rəqabət daha güclüdür. Heç kim inciməsin - nə “Xəzər Lənkəran”, nə də “Rəvan”. Ötən mövsüm komandalar onlarla oyunlarda o qədər də əziyyət çəkmədən xal qazanırdılar. Ancaq indi rəqabət artıb. İlk “üçlük” bir az qabağa getsə də, komandaların səviyyəsi arasında ciddi fərq yoxdur. 


- Referilərdən ən çox kimlərdən razısınız?

- Əliyar Ağayevin ötən mövsüm səhvləri olsa da, cari çempionatda çox yaxşı təsir bağışlayır. AZAL - “Neftçi” oyununu nəzərə almasaq, Rəhim Həsənovdan da razıyam. 


- Əliyar Ağayev bizi yaxşı mənada təəccübləndirməkdə davam edir.  Son olaraq Avropa Liqasında “Roma” - “Astra” matçını idarə etdi...

- Çox maraqlı oyun oldu. Hakimlərimizin işini hamınız gördünüz. Çox rahat idarə etdilər.


- Əliyar Ağayev həmin matçdakı idarəçiliyə görə neçə qiymət aldı?

- Qiyməti yüksəkdir. Yüz faiz əminəm ki, növbəti turda da təyinat alacaq.


- Ağayev özü müsahibəsində bildirdi ki, əsas hədəfi I kateqoriyaya daxil olmaqdır. Bunun üçün hazırda onda nə çatmır? Yüksəlmək üçün daha hansı keyfiyyətlərə ehtiyac var?

- Onun minimum hədəfi budu. Düşünürəm ki, Əliyar artıq I kateqoriyaya layiqdir. O, artıq relsə düşüb. Kateqoriya il ərzində 2 dəfə dəyişir: qışda və yayda. Ümid edirəm ki, artıq qışda I kateqoriyaya yüksələcək. Avropa Liqasında bir neçə oyun idarə edib, artıq yolu açılıb. 


Şamo

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X