15:10 08.11.2016 1040

"Nə Tərlan Əhmədov, nə də Qriqorçuk söyüş söyüb"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin "Report"a müsahibəsi


- Premyer Liqanın son turundakı hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

- Son illərdə, indiki AFFA rəhbərliyinin vaxtında hansı komandaların neçənci yerə layiq olması özünü avrokuboklarda göstərir. Son 6-7 ildə klublarımız Çempionlar Liqası və Avropa Liqasında mərhələlər adlamaqla, azarkeşlərini sevindirib. Bu da ölkə çempionatının ədalətli keçməsindən xəbər verir. Elə fikirləşməyin ki, mən çempionatı keçirən qurumun rəhbəri kimi öz işimi tərifləyirəm. Xeyr. Demək istəyirəm ki, bizim hakimlər düz yoldadırlar. Rövnəq Abdullayevin dediyi kimi, azacıq şübhəli oyun idarə edən hakimlərlə işləmirik. Bugünkü hakimlərin demək olar ki, 95 faizi gəncdir. Səhvə yol verə bilərlər və klublarımız da bunu çox gözəl başa düşürlər. Əsas odur ki, klublar hər hansı qərəzə məruz qalmasın. Bizim çempionatda isə qərəzdən söhbət gedə bilməz.


- Konkret olaraq, "Neftçi" - "İnter" oyunundakı idarəçilik, yanlış penalti ilə bağlı nə deyə bilərsiniz?

- Baş hakim Rəvan Həmzəzadə həmin epizoda istənilən qədər yaxın deyildi. Çünki uzun ötürmə olmuşdu. Gənc referi ilk olaraq, cərimə zərbəsi təyin etdi. Qarşı tərəfin oyunçularının penalti istəməsi, onun köməkçilərin yardımına ehtiyac duymasına səbəb oldu. Orada bir söz işlənir "içəri, ya çöl". Nəticədə bu, sırf baş hakimin qərarı olmadı. Orada nə Rəhim Həsənovun, nə də Elman Musayevin qərarı olub. Digər qapının arxasında olan Rauf Cabbarov deyib. Hakimlərin iclasında oldum və bütün sualları verdim. Elman Musayev deyir: "Mən iki yerə baxdığım üçün həmin an qərar verə bilmədim və susdum". Yəni "İçəri" sözünü Cabbarov deyib. Cabbarov deyir: "Mən bilsəydim ki, söhbət penaltidən gedir, müdaxilə etməzdim". Bunu da qərəz adlandırmayaq.


- Səhv varsa, cəza da olmalıdır...

- Cəzanı Xaqani Məmmədov verir, mən yox.


- "İnter"in kapitanı Nizami Hacıyev "Neftçi" ilə oyundan sonra etirazını bildirmişdi. "İnter"ə qarşı qərəz olduğunu demişdi...

- Azərbaycan çempionatı reytinqcə get-gedə irəliləyir. Bu reytinqi nə Elxan Məmmədov, nə də Ramin Musayev hesablayır. Bu reytinqi hesablayan qurum var. Çempionatımızın da, millimizin də səviyyəsi artır. Nizaminin dedikləri onun oyunsonrası çılğınlığından irəli gəlir. Məğlubiyyəti sevməyən futbolçudan xoşum gəlir. Məğlubiyyətlə razılaşmadığı və qapılarında olmayan penalti gördüyü üçün belə deyir. Ancaq Nizami Hacıyevin sözü ilə bizim çempionatımızın aşağı səviyyədə olmasını demək olmaz. Artıq Azərbaycan Prezidenti İlham Əliyev qiymət verdi. "Biz indi milli komandamızla fəxr edirik" dedi. Bu sözü eşitmək üçün biz dəridən-qabıqdan çıxmışıq. Bizim istirahətimiz yoxdur, nə vaxt gəlsəniz, işdəyik. Çalışacağıq ki, sona qədər də futbolumuzu qaldıraq. Axı futbol bütün idman növlərinin şahıdır.


- AZAL - "Qəbələ" oyununda iki komandanın baş məşqçiləri Tərlan Əhmədovla Roman Qriqorçuk arasında baş verən qalmaqalla bağlı nə deyə bilərsiniz? 

- Bizim hakimimiz orada olub. Hakimlərin iclasında bu məsələ müzakirə olundu. Dördüncü hakim Namiq Hüseynovdan soruşdum. Dedi ki, nə Tərlan Əhmədov, nə də Roman Qriqorçuk söyüş söyüb. Ona inanıram və düzlüyünə özüm kimi əminəm. O bildirdi ki, Qriqorçuk yerdə olan futbolçusuna olan hərəkətə görə öz etirazını bildidir. İkinci dəfə texniki zona qaydasını pozur. "Qəbələ"nin baş məşqçisi rəqib həmkarına bildirib ki, oyunçun yerdə olan futbolçumu niyə vurur? Hər bir baş məşqçi futbolçusuna övladı kimi baxır. Mənim də işçimə qarşı haqsızlıq etsə, mən də dinlənərəm. Qriqorçuku hamımız tanıyırıq. Avropa Liqasındakı son oyunda o adama qarşı haqsızlıqlar olub və hələ də tam özünə gəlməyib. AZAL-ın oyunçusunun o hərəkəti düzgün deyildi. İlqar Ələkbərova bəraət qazandırmıram, cəzalanmalıdır. Çünki AZAL-ın futbolçusu Kamal Mirzəyev "Qəbələ"nin üzvü Filip Ozobiçə qarşı qeyri-idman hərəkəti edib. Bundan sonra da Ələkbərov meydandan kənarda uzanmış futbolçuya bu cür hərəkət edir və bu da yolverilməzdir. Cəza olmalıdır. Epizoda baxırdım. Həmin an baş hakim baş məşqçi ilə dialoqda olduğu üçün bunu görməyib.


- Ümumumiyyətlə Premyer Liqada hakimliyin səviyyəsini necə qiymətləndirirsiniz?

- Təkcə özümüzə baxanda narazıyam. Amma Rusiya, Türkiyə, Avropa və digər çempionatlara baxanda bizim hakimlərə çox şükür.


- "Qəbələ" və "Qarabağ"ın Avropa Liqasındakı çıxışlarını necə dəyərləndirirsiniz?

- "Qarabağ" bir daha Azərbaycan futbolsevərlərini sevindirdi. Bizim komandalarda belə bir tendensiya yaranıb. Məsələn, mən "Qarabağ"ın oyununda "Sumqayıt" rəhbərliyi, sponsorlarının, məşqçi heyətinin necə sevindiyini gördüm. "Qarabağ"ın qolunda onların sevinməsi, bir-birlərini qucaqlaması, təbrik etməsi gözümün qarşısında olub. Artıq Avropada olan komanda tək həmin klub rəhbərliyinin deyil, hamımızın komandası olur. "Qəbələ"nin oyunundan sonra çox pis oldum. Oyundan sonra hakim-inspektora etirazımı bildirdim ki, belə hakimlik olmaz. Biz də hakimlər göndəririk, amma belə olmaz. "Qəbələ"nin oyununda rəqib futbolçunun Sergey Zenyovu saxlaması epizodu var. Zenyov peşəkar futbolçudur və davam edə bilərdi. Ancaq o, gözəl bilirdi ki, həmin epizod qırmızı vərəqəlikdir. Bilərəkdən dayandı ki, rəqib "qırmızı" alsın və azlıqda qalsın, sonra "Qəbələ" rahat oynasın. Ancaq hakim "Sent-Etyen"in futbolçusunu qovmadı. Həmçinin "Qəbələ"nin qapısına vurulan birinci qol... Oyunçuları ruhdan saldılar. Allah onlara lənət eləsin! Hər bir komanda bizimdir və onların müsbət addımları Azərbaycan çempionatına müsbət imic qazandırır. 95 faiz əminəm ki, "Qarabağ" mərhələ keçəcək və bizi sevindirəcək.


- Noyabrın 11-də Azərbaycan millisi Belfastda Şimali İrlandiya ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsünüz?

- Milli komandamızın oyunçuları harada oynayır? 90 faizi öz çempionatımızda. Heç kəs inanmırdı ki, Azərbayca Norveçə qalib gələ bilər. Ancaq mən inanırdım və deyirdim. Çünki orada oynayan futbolçuları yaxşı tanıyıram. Baş məşqçinin futbolçularla qurduğu ünsiyyətdən çox şey asılıdır. Baş məşqçi komandirdir və bu da müharibədir. Əsgər komandirə görə özünü güllə qabağına atmırsa, deməli, o, komandir deyil. Baş məşqçiyə görə futbolçu başını topun qabağına qoymursa, demək, o, baş məşqçi deyil. Baxmayaraq ki, Robert Prosineçki başqa dildə danışır, tərcüməçidən istifadə edir. Artıq o, futbolçuların ürəyində yer tapıb. Əksəriyyət öz çempionatımızda oynayır və öz dövlətimizə, bayrağımıza görə, canından keçirlər. İnanıram ki, bu oyunda da bizi sevindirəcəklər.



Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X