18:38 03.02.2017 797

DYP rəsmisi yol polisini təhqir edən futbolçudan danışdı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublunun yol polisini təhqir etməsi faktına münasibət bildirib.


Polis polkovniki Modern.az-a açıqlamasında deyib ki, şəxsin futbolçu, mühəndis, yaxud başqa peşə sahibi olmasından asılı olmayaraq polisi təhqir etməsi yolverilməzdir:


“Bu, bizim mentalitetimizə, xüsusiyyətimizə yaraşmayan bir haldır. Bizim tariximiz, kökümüz var. Ən azından 26 yaşlı azad, demokratik respublikanın vətəndaşı olaraq son illər həyata keçirilən işlərlə qürrələnməliyik. Eyni zamanda, bir-birimizə aqressiya ilə yanaşmaq bizə yaraşmaz.


O ki qaldı qaydanı pozan, polisi təhqir edən tanınmış ola, futbolçu ola. Bu iki qat pis haldır. Biri var savadsız bir insanın bu addımı atması, bir də var tanınmış şəxsin belə təhqirə yol verməsi”.


V.Əsədov bildirib ki, polisin cərimə tətbiq etməsini, protokol yazmasını hamı eyni qaydada qəbul etmir:


“Bu dünyanın hər yerində belədir. Cinayətkar polisi sevmir, eyni zamanda intizamsızlığa meylli olan sürücü də yol polisini sevmir. Etirazı söyüşlə ifadə etmək olmaz. Necə olur ki, yol polisi ilə bağlı hansısa neqativ hal olanda o dəqiqə ictimailəşdirirlər. Qoy polisə qarşı haqsızlığı da ictimailəşdirsinlər”.


“Neftçi” futbol klubunun keçmiş oyunçusu, hazırda “Səbail” klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da “Əhmədli” qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 


“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğuna görə futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. Bu zaman Elton Yaqublu özünü “Neftçi” futbol klubunun oyunçusu kimi təqdim edib. 


Hadisənin şahidi olan Modern.az-ın əməkdaşı futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib. 


Futbolçu Elton Yaqublu açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib:


“Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm”. 


MilliYol.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X