Topaz Premyer Liqanın X turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, iki qarşılaşmanı "İdman Azərbaycan", birini isə Az.TV efirə verəcək.
Şənbə günü saat 16.00-da başlayacaq "İnter" - "Qəbələ" görüşünü Az.TV-dən, 3 saat sonra start götürəcək "Neftçi" - "Rəvan" matçını isə "İdman Azərbaycan"dan izləmək mümkün olacaq. Bazar günü isə idman kanalı saat 16.00-da başlayacaq "Bakı" - AZAL görüşünü yayımlayacaq.
Turan "Simurq" - "Xəzər Lənkəran" və "Sumqayıt" - "Qarabağ" oyunlarını televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq.