I divizionda IX tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki oyun keçirilib.
İkinci pillədəki "Neftçala" evdə büdrəyib. Cənub təmsilçisi son çempion "Ağsu"ya uduzub - 1:0. MOİK isə "Şəmkir"ə 3:1 hesabı ilə qalib gəlib.
İkinci oyun günündə 4 qarşılaşma keçirilib. "Qaradağ" "Energetik"i 3:0 hesabı ilə yenərək ikinci pillənqi ələ keçirib. "Şuşa" eyni hesabla "Turan-T"ni məğlub edib. Hər üç qola Əhməd Ticani imza atıb. Lider "Araz" "Bakılı"nı darmadağın edib - 3:0. "Mil-Muğan" isə "Kəpəz"i 2:1 hesabı ilə üstələyib.
Turun son iki matçı bu gün baş tutub. Yevlaxda “Lokomotiv”i qəbul edən “Karvan” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə Yevlax təmsilçisini turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Günün digər oyununda “Şahdağ” səfərdə “Göyəzən”in qapısından 4 cavabsız qol keçirib.
I divizion
2013/14 mövsümü
XI tur
8 noyabr
Neftçala - Ağsu 0:1
Qol: Həsən Allahyarov, 28.
Şəmkir - MOİK 1:3
Qollar: Ruslan Məmmədov, 11 - Arzuman Vəliyev, 28. Məhəmməd Bədəlbəyli, 35. Azər Nəsirov, 48.
9 noyabr
Turan-T - Şuşa 0:3
Qollar: Əhməd Ticani, 6; 64; 85.
Qaradağ - Energetik 3:0
Qollar: Aydın İslamov, 52. Novruz Ələkbərov, 78; 84.
Mil-Muğan - Kəpəz 2:1
Qollar: Vasif Mehrəliyev, 20. Samir Babayev, 28 - Ravil Müslümov, 69.
Araz - Bakılı 4:0
Qollar: Akif Tağıyev, 14-pen. Elmin Çobanov, 40. David Canalidze, 45+1; 67.
10 noyabr
Karvan - Lokomotiv 2:1
Qollar: Əli Bağırov, 16; 71 - Tural Qürbətov, 48.
Göyəzən - Şahdağ 0:4
Qollar: Sərxan Ağayev, 32; 48. Murad Rəcəbov, 71. Natiq Abbasov, 80.
| 1 | Araz | 9 | 8 | 1 | 0 | 22-3 | 25 |
| 2 | Qaradağ | 9 | 7 | 2 | 0 | 20-3 | 23 |
| 3 | Neftçala | 9 | 7 | 0 | 2 | 29-7 | 21 |
| 4 | Ağsu | 9 | 6 | 1 | 2 | 13-9 | 19 |
| 5 | Şuşa | 9 | 5 | 1 | 3 | 15-7 | 16 |
| 6 | MOİK | 9 | 4 | 3 | 2 | 12-14 | 15 |
| 7 | Karvan | 9 | 4 | 0 | 5 | 9-17 | 12 |
| 8 | Lokomotiv | 9 | 4 | 0 | 5 | 12-16 | 12 |
| 9 | Şahdağ | 9 | 3 | 2 | 4 | 12-7 | 11 |
| 10 | Turan-T | 9 | 3 | 2 | 4 | 14-14 | 11 |
| 11 | Mil-Muğan | 9 | 3 | 2 | 4 | 7-11 | 11 |
| 12 | Bakılı | 9 | 2 | 3 | 4 | 9-16 | 9 |
| 13 | Şəmkir | 9 | 2 | 2 | 5 | 8-13 | 8 |
| 14 | Kəpəz | 9 | 2 | 2 | 5 | 8-11 | 8 |
| 15 | Energetik | 9 | 1 | 1 | 7 | 3-25 | 4 |
| 16 | Göyəzən | 9 | 0 | 0 | 9 | 1-25 | 0 |
Bombardirlər: Ceyhun Abdullayev (Neftçala), David Canalidze (Araz) - 8. Vaqif Güləliyev (Neftçala), Novruz Ələkbərov (Qaradağ) - 6.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol