Bu gün Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışı olub.
Fanat.Az xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. İlham Əliyev idman-sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Kəmaləddin Heydərov idman-sağlamlıq mərkəzində yaradılan şərait barədə İlham Əliyevə məlumat verib.
Fanat.Az