"Sumqayıt" Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komandam Vurğun Hüseynov və Vüqar Əsgərovun ardından A milli komandamızın qapıçısı Anar Nəzirovu da heyətinə qatıb. 28 yaşlı qolkiper komanda ilə birillik müqavilə imzalayıb.
Karyerası ərzində "Kəpəz", "Neftçi", "Turan" və "Standard"ın şərəfini qorumuş Anar "Qəbələ"nin heyətində Premyer Liqada 20 qarşılaşmada meydana çıxıb. O, həmçinin 2 dəfə Azərbaycan A millisinin formasını geyinib.
İdman24.az