11:07 11.06.2013 1255

Kanales ikinci dəfə ayın ən yaxşı futbolçusu seçildi

“Neftçi”nin çilili legioneri Nikolas Kanales Azərbaycanda debüt mövsümündə ikinci dəfə ayın ən yaxşı futbolçu seçilib. Apasport.az saytının məlumatına görə, mayda fərqlənən 28 yaşlı hücumçu bununla, “Qarabağ”ı komandasına yaxın buraxmayıb.

Məsələ ondadır ki, apreldə ağdamlılardan braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda ən yaxşı seçilməklə, komandasının 2009-cu ilin payızında əsası qoyulan “Ayın futbolçusu” mükafatında “Neftçi”yə çatmağına imkan yaradırdı. Ancaq Peşəkar Futbol Liqası ilə “Topaz”ın birgə keçirdiyi mükafatda mövsümün son nominasiyasına Kanales sahib çıxmaqla, “Neftçi” yenidən vahid lider oldu. Özü də maraqlıdır ki, çilili məhz “Qarabağ”la çempionluğun taleyini həll etdiyi matçda vurduğu 2 qolla ayın ən yaxşı olmağında böyük rol oynayıb. 

Digər maraqlı məqam odur ki, ilk dəfə fevralda ən yaxşı sayılan Nikolas həmin vaxt da “Neftçi”ni “Qarabağ”dan qabağı çıxarmışdı. Çünki onda bu komandaların hesabında hərəyə 6 mükafat vardı. İndi hücumçunun braziliyalı komanda yoldaşı Flavinyoya çatmağına 1 addım qalıb. 

Belə ki, 30 yaşlı yarımmüdafiəçi bunu rekord sayda – 3 dəfə (2010-cu ilin oktyabr, 2011-ci ilin mart və noyabr aylarında) bacarıb. “Neftçi”dən bu ada digər layiq görülənlər 2010-cu ilin martında Araz Abdullayev, avqustunda Bahodir Nasimov, 2011-ci ilin sentyabrında isə Rəşad Abdullayev olub.

Qeyd edək ki, 29 dəfə sahibini tapan “Ayın futbolçusu” mükafatı ümumilikdə 10 klubun futbolçuları layiq görülüb.

İdman24.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Avqust 2026
18:12

"Krasnodar" Jelson Martinşlə maraqlanır

17:56

"Real Madrid"in forvardı "Liverpul"a keçid edə bilər

17:30

MPL: "Turan Tovuz" "Şamaxı"nı sınağa çəkir: Heyətlər açıqlandı - YENİLƏNİR

17:20

Ceyden Ostervolde "Roma"ya keçid edir

16:47

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

16:15

"Trabzonspor" Fabinyonu istəyir

15:54

Joze Mourinyu: "Bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub"

15:10

Darvin Nunyesin yeni klubu rəsmən açıqlandı

14:40

"Fənərbağça" Kərəm Aktürkoğlu barədə açıqlama yaydı - SON DURUM

14:09

Berdiyev "Şamaxı" ilə oyunda 3 futbolçusunun xidmətindən məhrumdur

13:44

Azərbaycan cüdoçuları 4 medal qazandılar

13:15

"Sabah"ın oyununun hakimləri açıqlandı

12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

02:22

La Liqa: "Real Madrid" səfərdən 3 xalla dönür

01:59

Liqa 1: "Lans" "Oser"i məğlub etdi

01:44

A Seriyası: "İnter" darmadağına sevindi

01:29

Super Liqa: "Fənərbağça" inamlı qələbəyə sevindi

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

22 Avqust 2026
23:29

Kaxaber Tsxadadze "Şəfa" ilə matçdan sonra nə danışdı?

23:12

Zaur Həşimov "Qəbələ" üzərində qələbəni belə şərh etdi

22:39

MPL: "Şəfa" "Qəbələ"ni məğlub etdi, "Zirə"dən inamlı qələbə

22:09

Andre Almeyda "Selta" yolunda

21:44

Qana milli komandasında Bisivu planı

21:12

Beto İtaliyaya qayıda bilər

20:46

Santyaqo Ximenes "Portu" yolunda

20:17

"Arsenal" yeni Xviçanı tapdı

19:54

"Lids Yunayted" Mudriki icarəyə götürmək istəyir

19:14

Niko Qonzalesin gedişinə yaşıl işıq yandırıldı

18:48

"Mançester Siti" braziliyalı ulduz üçün 35 milyon təklif edir

18:22

"Yuventus" Frenki de Yonqu "radara alıb"

17:45

İtaliya təmsilçisi Torreyranı alır

Facebookdan bizi izləməyi unutmayın.
X