11:51 18.12.2019 2669

Azərbaycanda yeni idman federasiyası açıldı

Ötən həftə "Nizami E-Sport Arena”nın açılışı olub. Açılış mərasimi çərçivəsində Azərbaycan Kibersport Federasiyasının və Azərbaycan Oyun Liqasının (Gaming League Azerbaijan - GLA) təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.

Fanat.az xəbər verir ki, tədbirdə GLA-nın rəhbəri Cahangir Tağıyev "Nizami E-Sport Arena”nın parametrlərinə görə Qafqazda birinci yerdə olduğunu bildirib. Qeyd edib ki, arena dünyanın aparıcı ölkələri arasında ön sıralardadır. Burada ən son texnologiyalardan istifadə olunur. Arenada yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərin də təşkili nəzərdə tutulub. E-sportun inkişafı üçün arenada hər cür şərait var.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Quliyev idmanın bu növünün iqtisadi səmərəsindən danışıb. "DOTA 2 üzrə son dünya çempionatının ümumi mükafat fondu 34, FIFA oyunu üzrə mundialın mükafat fondu isə 14 milyon dollar təşkil edib. Komandamız hazırda Seulda keçirilən DOTA 2 üzrə dünya çempionatında çıxış edir. Onlar ilk dəfə qatıldıqları yarışın qrup mərhələsində iki qələbə qazanıblar”, - deyə K.Quliyev bildirib.

GLA-nın tərəfdaşı olan "Erangel Production” şirkətinin rəhbəri Zaur Orucov dünyada bu idman növü ilə məşğul olanların sayının ildən-ilə artdığını vurğulayıb. Bildirib ki, Rusiyada 16, Türkiyədə 11, Azərbaycanda isə 1,5 milyon mobil oyun istifadəçisi var. İştirakçıların sayına görə oyunlar arasında üstünlüyü "PUBG Mobile” təşkil edir. Bunu nəzərə alaraq, gələn ilin martında e-sportun bu növü üzrə Azərbaycan kuboku turniri təşkil olunacaq. Final mərhələsi "Baku Crystal Hall”da olacaq yarış üçün 1536 nəfər qeydiyyatdan keçib. Finalda Rusiya və Türkiyənin tanınmış müğənniləri iştirak edəcəklər. 2021-ci ildə "PUBG” oyunu üzrə dünya çempionatını Azərbaycanda keçirmək istəyirik. E-sport 2022-ci ildə Asiya Oyunlarında debüt edəcək. 2024-cü ildə isə onun Paris Yay Olimpiya Oyunlarının proqramına salınacağı gözlənilir.

GLA-nın turnirlərin təşkili şöbəsinin müdiri Adil Mahmudov dekabrın 14-də FIFA oyunu üzrə turnirin start götürəcəyini bildirib. Qeyd edib ki, yarışın qalibləri xüsusi liqalarda mübarizə aparacaqlar. Qaliblər üçün xüsusi formalar da hazırlanacaq”.
 


 
Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X