10:43 23.01.2020 2746

20 Yanvar faciəsinə həsr olunmuş 5-ci “ARPACHAY OPEN” turniri başa çatdı - FOTO/VİDEO

17-19 yanvar 2020-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş 5-ci "ARPACHAY OPEN” beynəlxalq turniri keçirilib.

Yanvarın 18-də Bakı İdman Sarayında beynəlxalq turnirin açılış mərasimi baş tutub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir.

AMKF-nin prezidenti Yaşar Bəşirov çıxışında karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Onun sözlərinə görə, əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edilib ki, Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov, klubun birinci vitse-prezidenti Hidayət Şabanov da, həmçinin müasir müstəqil Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etməsindən, 20 Yanvar şəhidləri başda olmaqla, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının qəhrəmanlıq salnaməsindən bəhs ediblər.

Arpaçay Karate Klubunun baş məşqçisi, Dünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi, beynəlxalq dərəcəli hakim Vüqar Kərimovun verdiyi məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turmirin 1-ci günündə idmançılar arasında kata yarışları keçirilib, yarışlarda bütün yaş qruplarında idmançılar çıxış ediblər. Yanvarın 18-də 6-11 yaşlı uşaqlar, yanvarın, 19-da isə 12-17 yaşlı yeniyetmə və gənclər arasında kumite yarışları keçirilib. V.Kərimovun sözlərinə görə, ümumi nəticələrə "Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan Arpaçay Karate Klubu ikinci, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev” (Ukrayna) klubu isə üçüncü pillədə qərarlaşıb. Yarışları yerli hakimlərlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Xatırladaq ki, AMKF və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan, sayca 5-ci olan açıq turnirdə 12 ölkəni (Azərbaycan, Əmman, Gürcüstan, İran, Küveyt, Qazaxıstan , Özbəkistan, Mərakeş, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna və s.) təmsil edən 89 klubun 939 idmançısı mübarizə aparıb.







Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X