13:11 08.01.2014 680

"Güvənc Kurtar Dənizliyə rəqib ola bilməz" - MÜSAHİBƏ

"Turan"ın sabiq çalışdırıcısı Naci Şensoyun müsahibəsi

- “Rəvan”a gələn Güvənc Kurtar “Mustafa Dənizliyə rəqib olmağa gəlirəm” deyib. Kurtar Denizlinin komandasına rəqib olacaq bir heyət qura biləcəkmi?
- Güvənc Kurtar Türkiyənin sayılan təcrübəli məşqçilərindəndi. Düzdü, son illərdə bir balaca işsiz qaldı. Təcrübəsi ilə hər hansı bir kluba çox şey verə bilər. Ancaq onun Mustafa Dənizlili “Xəzər Lənkəran”a rəqib olması mümkün deyil. Çünki buna “Rəvan” klubunun büdcəsi və iddiası yetməz. Bura “Rəvan” rəhbərliyinin qeyri-peşəkar yanaşmalarını da əlavə etsək, bu istəyin gərçəkləşməyəcəyi daha inandırıcı sayıla bilər. Məncə bu il “Rəvan” Premyer Liqada qalarsa, bu uğur sayılacaq.

- Mövsüm ərzində 4-cü məşqçi ilə çalışan “Rəvan” Güvənclə dəyişə biləcəkmi?
- Dediyim kimi, “Rəvan” rəhbərliyi işə qeyri-ciddi yanaşır. Öz səhvlərini məşqçilərə yükləməkdə liderdilər. Bir məşqçini komandanın başına gətirməmişdən əvvəl onun haqqında yaxşı araşdırma aparmalıdılar. Güvəndikləri məşqçiyə vaxt verməlidilər. Heç bir məşqçinin əlində “sehrli dəyənək” yoxdu. Bütün dünyanın peşəkar rəhbərləri nə edirlərsə, onlar da eynisini etməlidilər. Məşqçiləri “günah keçisi” qismində görməməlidilər. Sadaladıqlarımı etdikdə uğur özü gələcək.

- Kurtar və Dənizli tanıdıqları səviyyəli futbolçuları komandalarına cəlb edə bilərlərmi?
- Bu sual birbaşa klubların büdcəsi ilə bağlıdı. Peşəkar futbol bazarında futbolçudan çox nə var ki?! Sən puldan danış... Məncə, Dənizli bu məsələdə Kurtardan daha şanslıdı. Çünki iki klubun arasında büdcə məsələsində çox böyük fərq var. Ümid edirəm doğru və lazımı futbolçuları tapıb komandalarını gücləndirərlər.

- Azərbaycanın futbol təsərrüfatına bələd olan adam kimi proqnoz verməyinizi istərdik - Güvənc və Dənizli Azərbaycanda uzun müddət çalışa biləcəklərmi?
- Peşəkar məşqçi çamadanını hər zaman hazır tutmalıdı. “Xəzər Lənkəran” Dənizlidən öncə də adlı-sanlı məşqçi Con Toşakı gətirmişdi, amma gördüyünüz kimi, uğurlu ola bilmədi. Bundan əlavə “Bakı” klubuna Şefer gəldi və o, da uğursuz oldu. Azərbaycanda - “Turan”da 3 dəfə çalışmış və uğurlu olmuş bir məşqçiyəm. Uğur qazanmış məşqçi hər zaman işinə çox ciddi yanaşmalıdı, yoxsa xəyal qırıqlığına uğraya bilər. “Xəzər Lənkəran”, xüsusilə də “Rəvan” rəhbərliyi bu iki məşqçiyə yetərincə vaxt tanısalar, məncə işləri uğurlu olacaq.

publika.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X