"Sumqayıt"la oyununda baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalan AZAL rəhbərliyi bununla bağlı PFL-ə məktub göndərib. Fanat.az xəbər verir ki, məktubda klub rəsmiləri hakim Elvin Əsgərovun müəyyən oyun epizodlarında çıxardığı qərarlarla razılaşmadığını bildirərək, onun idarəçiliyinə düzgün qiymət verilməsini xahiş edilib.
Çox güman AFFA-nın Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq və hakimin qərarlarına qiymət veriləcək. AZAL - "Sumqayıt" oyunu 2:2 hesabı ilə başa çatıb.
Fanat.az