I divizionda XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Lokomotiv" "Göyəzən"in qonağı olub. Paytaxt təmsilçisi səfərdən üç xalla dönüb - 3:1.
İkinci oyun günündə üç matç baş tutub. "Neftçala" "Energetik"ə sözün əsl mənasında divan tutub - 8:0. "Ağsu" "Mil-Muğan"ı 2:0 hesabı ilə yenib. Lider "Araz" isə "Şahdağ"a qalib gəlib - 3:1.
Bu gün daha iki qarşılaşma baş tutub. "Karvan" "Kəzəp"i 2:1 hesabı ilə yenib. "Turan-T" isə MOİK-i darmadağın edib - 4:1.
Qeyd edək ki, turun iki oyunu sabah baş tutacaq. "Qaradağ" - "Şuşa" və "Şəmkir" - "Bakılı" matçları isə təxirə salınıb.
I divizion
2013/14 mövsümü
II dövrə, XVII tur
14 fevral
Göyəzən - Lokomotiv 1:3
Qollar: Ənnağı Məmmədov, 67 - Vasif Rzayev, 38-pen. Kamran Həsənzadə, 66. Salman Altuxanov, 74.
15 fevral
Neftçala - Energetik 8:0
Qollar: Elvin Adışirinli, 8. Pərvin Paşayev, 20. Aqşin Həşimov, 30; 84. Ravi Rəhmanov, 62; 69. Məhəmməd Alıyev, 77. Murad Ağakişiyev, 90+2.
Mil-Muğan - Ağsu 0:2
Qollar: Elnur Səmədov, 42. Qalib Əmrahov, 68.
Araz - Şahdağ 3:1
Qollar: Aleksandr Krutskeviç, 39. Bəxtiyar Soltanov, 60. Elgün Abbaslı, 88 - Sərxan Ağayev, 73.
16 fevral
Karvan - Kəpəz 2:1
Qollar: Ülfət Hüseynov. 28. Əli Bağırov, 52 - Babək Hüseynov, 76.
Turan-T - MOİK 4:1
Qollar: Fərid Namazov, 32 (avtoqol). Qaqa Murtsxvaladze, 37; 84. Seymur Tağıyev, 41 - Məhəmməd Bədəlbəyli, 63.
| 1 | Araz | 17 | 15 | 1 | 1 | 34-6 | 46 |
| 2 | Qaradağ | 16 | 12 | 3 | 1 | 32-5 | 39 |
| 3 | Neftçala | 17 | 11 | 2 | 4 | 43-12 | 35 |
| 4 | Şuşa | 16 | 9 | 3 | 4 | 35-14 | 30 |
| 5 | Ağsu | 17 | 9 | 3 | 5 | 23-16 | 30 |
| 6 | Şahdağ | 17 | 9 | 3 | 5 | 34-11 | 30 |
| 7 | Turan-T | 17 | 9 | 3 | 5 | 33-20 | 30 |
| 8 | Karvan | 17 | 8 | 3 | 6 | 27-32 | 27 |
| 9 | Lokomotiv | 17 | 8 | 0 | 9 | 26-34 | 24 |
| 10 | MOİK | 17 | 5 | 5 | 7 | 23-29 | 20 |
| 11 | Mil-Muğan | 17 | 4 | 3 | 10 | 11-23 | 15 |
| 12 | Bakılı | 16 | 4 | 3 | 9 | 19-33 | 15 |
| 13 | Kəpəz | 17 | 4 | 3 | 10 | 18-22 | 15 |
| 14 | Şəmkir | 16 | 3 | 5 | 8 | 11-24 | 14 |
| 15 | Energetik | 17 | 1 | 3 | 13 | 5-54 | 6 |
| 16 | Göyəzən | 17 | 1 | 1 | 15 | 7-51 | 4 |
Bombardirlər: Sərxan Ağayev (Şahdağ) - 14. David Canalidze (Araz) - 12. Əli Bağırov (Karvan) - 11. Elvin Adışirinli (Neftçala) - 11. Ceyhun Abdullayev (Neftçala) - 10. Tural Qürbətov (Lokomotiv) - 9. Novruz Ələkbərov (Qaradağ) - 8. Məhəmməd Bədəlbəyli (MOİK) - 7.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol