"Olimpik Lion"un 19 yaşlı futbolçusu Malo Qüsto karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, gənc müdafiəçi ilə şəxsi müqavilə ilə bağlı razılığa gələn "zadəganlar" Fransa klubuna rəsmi təklif hazırlayır. Mənbə Qüstonun özünün də London təmsilçisində oynamağa can atdığını və bu məqamın az əhəmiyyət daşımadığını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm "Olimpik Lion" forması ilə 15 çempionat matçına çıxan Malo 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat