"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Portuqaliya millisinin İsveçə qarşı keçirəcəyi yoldaşlıq oyununda itirak etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Portuqaliya yığmasının mətbuat xidməti yayıb.
39 yaşlı oyunçunun hansı səbəbdən Skandinaviya təmsilçisinə qarşı oynamayacağı açıqlanmasa da, onun növbəti qarşılaşmada - Sloveniya ilə yoldaşlıq görüşündə meydana çıxacağı bildirilib.
Qeyd edək ki, Ronaldunun komandası martın 21-də İsveç, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.
Nihat