Almaniya millisinin və Dortmund "Borussiya"sının futbolçusu Mats Hummels cari mövsümün sonunda karyerasını başa vurmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, 35 yaşlı müdafiəçi müasir futbolun tempi ilə ayaqlaşmadığını düşünür.
Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatır.