İspaniya La Liqa təmsilçisi "Osasuna" 2023/2024 mövsümünün sonunda baş məşqçisiz qalacaq.
Fanat.Az xəbər verir ki, sözügedən komandanın 45 yaşlı çalışdırıcısı Yaqoba Arrasate bu barədə "Football Espana"-ya özü açıqlama verib.
O, 6 ildir çalışdırdığı komandadakı postunu tərk edəcəyini bildirib.
2019-cu ildən "Osasuna"ya rəhbərlik edən mütəxəssis həmin il komandanı Sequndadan La Liqaya daşıyıb. Pamplona komandası 2023-cü ildə ilk dəfə Avropa yarışlarında - Konfrans Liqasının təsnifat mərhələsində çıxış edib.
Ümumilikdə, Arrasatenin rəhbərliyi altında komanda 248 rəsmi oyun keçirib və bu oyunda 102 qələbə qazanıb. "Osasuna" hazırda turnir cədvəlində 12-ci yerdədir.
Mirağa