"Milan"ın hücumçusu Olivye Jirunun kareyrasını harada davam etdirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
Xəbərə görə, Jiru ABŞ təmsilçisi "Los-Anceles"ə qoşulacaq. Tərəflərin artıq razılığa gəldiyi bildirilib. Mənbə fransalı futbolçunun yeni klubu ilə müddəti 2025-ci ilə qədər nəzərdə tutulan anlaşma bağlayacağını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Milan" forması ilə bütün turnirlərdə 36 matça çıxan Olivye 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı-qaralar" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat