Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 7 görüş reallaşıb.
Azərbaycan çempionu “Qarabağ” Bakıda Bolqarıstan “Ludoqorets”inə 1:2 hesabı ilə uduzub.
Türkiyə təmsilçisi “Fənərbağça” isə Fransada “Lill”ə yenilib - 1:2.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 avqustda keçiriləcək.
Çempionlar Liqası 3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
"Qarabağ" (Azərbayan) - "Ludoqorets" (Bolqarıstan) 1:2
Qollar: Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Vidal, 87 (1:2)
Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")
"Malmö" (İsveç) - PAOK (Yunanıstan) - 2:2
Qollar: Yansson, 28 (1:0), Tayson, 42 (1:1), Nanasi, 67 (2:1), Baba, 75 (2:2)
"Midtulland" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) - 2:0
Qollar: Buksa, 17, Fransulino, 69
"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya) - 1:1
Qollar: Yarmolenko, 38 (1:0), Dessers, 90+4 (1:1)
"Sparta" (Çex Respublikası) - "Styaua" (Rumıniya) - 1:1
Qollar: Dava, 61 (0:1), Olatunji, 78 (1:1)
“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə) - 2:1
Qollar: Santos, 12 (1:0), Kahveci, 80 (1:1), Zeqrova, 90+1 (2:1)
“Zalsburq” (Avstriya) - “Tvente” (Niderland) - 2:1
Qollar: Kyarqaard, 41 (1:0), 85 (2:0), Vlap, 90+1 (2:1)