ABŞ millisinin və “Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant Fransanın PSJ Futbol Klubunun səhmdarı olub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı idmançı bunu özünün təsis etdiyi "Boardroom" sosial şəbəkəsində açıqlayıb.
O, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə birlikdə klubun təlim-məşq bazasına və təhsil mərkəzini ziyarət edib.
Qeyd edək ki, Durant Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanıb. Təcrübəli basketbolçu komanda növündə dörd olimpiada "qızıl"ı əldə edən ilk kişi idmançı kimi tarixə düşüb.