Avropa Liqasının Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Olimpiakos"u qəbul edən "Olimpik Lion"un futbolçusu Rayan Çerkinin yunanlara 2:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol ən yaxşı elan edilib.
Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Pavel Şults ən yaxşı qola digər namizəd olub.
Qeyd edək ki, həm "Olimpik Lion", həm də "Olimpiakos" "Qarabağ"ın AL-dəki rəqibləridir.