Argentinalı keçmiş futbolçu Esekyel Lavessi karyerasını bitirdikdən sonra ardıcıl uğursuz hadisələrlə qarşılaşır.
Fanat.Az xəbər verir ki, keçən ilin sonunda bir hücum nəticəsində xəstəxanaya düşən veteran indi daha bir üzücü olayla diqqət mərkəzinə düşüb.
"Derbyderbyderby"-nin məlumatına görə, onun Fransadakı evi qarət edilib, bir çox qiymətli əşyaları yoxa çıxıb. Eyni zamanda, oğrular peşəkar olublar. Polisin dediyinə görə, heç bir aşkar sübut tapılmayıb. Cinayət işi açılıb, amma onun perspektivi kifayət qədər qeyri-müəyyəndir.
Xatırlayaq ki, Lavessi əvvəllər İtaliyanın “Napoli” və Fransanın PSJ klublarda çıxış edib. O, futbolçu olduğu vaxtlarda Fransada ev alıb və mütəmadi olaraq oraya baş çəkir.
Lavessii karyerasını 2019-cu ildə başa vurub.
Mirağa