
“Burada olmaqdan şadam. Ev sahibi ölkə bizə hər cür şəraiti yaradıb. Oyuna hazırıq. Bu futbolçularla oynamaqdan məmnunam. Asiya Kubokuna hazırlaşmaq üçün yaxşı oyundur”.
Fanat.Az xəbər verir ki, bu sözləri Tacikistan millisinin baş məşqçisi İqor Anqeloski yığmamızla oyundan əvvəl mətbuat konfransında deyib.
Çalışdırıcı millimiz haqda danışıb:
“Bütün rəqiblərə hörmət edirəm. 6 il əvvəl Ş.Makedoniyada işləyəndə sizinlə 2 dəfə oynamışam. D qrupunda olmağa layiq deyilsiniz. Ancaq bu oyuna köklənmişəm. Nəticə həmişə vacibdir. Yoldaşlıq oyunu da həmçinin. Tacikistanı qürurlandırmalıyıq”.
Oleq Baklovun oynamaq ehtimalı barədə:
“Bugünkü məşqdən sonra bilinəcək”.
“Sabah”ı, Valdas Dambrauskası təbrik edirəm. Gözəl oyun oynayırlar. Ötən mövsümkü “Qarabağ”ı da yüksək qiymətləndirirəm. Qurban Qurbanovla qarşılaşmışıq. Milli komanda təəssüf ki, klub səviyyəsində uğurları təkrarlandıra bilmir”.
“Baş məşqçi kimi milli komandamızdan təklif alıbmı?” sualına belə cavab verib?
“Bu haqda danışmaq uyğun olmaz”.