
"Liverpul"un sabiq müdafiəçisi Coui Cons vəfat edib.
Fanat.Az mersisaydlıların mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu 70 yaşında həyatla vidalaşıb.
Onun ölüm səbəbi açıqlanmayıb. Cons 1975-1978-ci illərdə "Liverpul"da çıxış edib. O, həmçinin "Reksem", "Çelsi" və "Haddersfayld"da da top qovub.
Qeyd edək ki, Uels millisində 70 matça çıxan arxa xətt oyunçusu "Liverpul"la iki dəfə Çempionlar Kubokunu, UEFA Kubokunu və Avropa Superkubokunu qazanıb.