
FIFA Türkiyənin "Hatayspor" klubuna cəzalandırıb.
Fanat.Az ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Hatay təmsilçisinə 3 illik transfer qadağası qoyulub.
Buna maliyyə məsələlərində və transferlərdə uyğunsuzluq səbəb göstərilib.
"Hatayspor" daha əvvəl Azərbaycan millisinin futbolçusu Renat Dadaşova borcunu ödəmədiyinə görə iki mövsüm transfer qadağası ilə üzləşmişdi.
Qeyd edək ki, Türkiyə təmsilçisi bu mövsüm Superliqanı tərk edərək 1-ci Liqaya düşüb.