
"Çelsi"nin braziliyalı hücumçusu Estevao Villian Kilian Mbappe və Erlinq Holandın uğurunu təkrarlayıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 18 yaşlı "sambaçı" start "11-lik"də yer aldığı ilk 3 UEFA Çempionlar Liqası matçında 19 və ya daha az yaşda qol vuran üçüncü futbolçu olub.
O, bunu ötən gün Liqa mərhələsinin 5-ci turunda "Barselona"ya (3:0) ilə oyunun 55-ci dəqiqəsində fərqlənərək bacarıb.
Estevao daha əvvəl start heyətində meydana çıxdığı "Ayaks"a (Niderland, 1:0) və "Qarabağ"a (Azərbaycan, 2:2) qol vurmuşdu.
Qeyd edək ki, daha öncə Mbappe (18 yaş) və Holand (19 yaş) da belə statistika ilə diqqət çəkmişdilər.