
"Real Madrid"in baş məşqçisi Xabi Alonsonun iş metodundan və ona münasibətindən narazı olan yarımmüdafiəçi Federiko Valverde iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Məlumata görə, 27 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "Real"ın uruqvaylı orta xətt oyunçusunun satışından 100 milyon avro qazanmağı hədəflədiyini, MY-nin isə bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 17 matça çıxan Valverde 4 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalının "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir.
Nihat