
Fransanın PSJ klubu ulduz futbolçusu Usman Dembeleni komandada saxlamaq üçün rekord məbləğ təklif etsə də, gözlənilməz cavab alıb.
Fanat.Az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Dembele klubun illik 30 milyon avro dəyərindəki yeni müqavilə təklifini geri çevirməyə hazırlaşır.
Ötən mövsümü möhtəşəm keçirərək 49 oyunda 33 qol vuran və "Qızıl top" mükafatını qazanan hücumçu, maaşının ikiqat artırılmasını tələb edir. Hazırkı müqaviləsinin bitməsinə iki il qalmış belə bir addım atan futbolçu, Avropanın digər nəhənglərinə transfer ismarışı göndərib.
Cari mövsüm Liqa 1-də keçirdiyi 9 matçda 3 qol vuran forvardın bu tələbi klub daxilində ciddi narazılıq yaradıb. Əgər tərəflər ortaq məxrəcə gələ bilməsə, Dembelenin yayda "Real Madrid" və ya Premyer Liqa klublarından birinə keçidi reallaşa bilər.
Kamil Xudiyev